Vaqif Həsənov

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru

 

1963-cü il may ayının 7-də  Beyləqan rayonunda anadan olmuşdur. 

 

  • 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisad elmləri namizədidir.     

 

  • 1984-cü ildə “Azərelektromaş” İstehsalat Birliyinin baş mühasibatlığında mühasib işləmiş, 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur.

 

  • 1986-1990-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin “Bakımühəndistikinti” trestində mühasib, böyük iqtisadçı-maliyyəçi, baş mühasib, 1990-1991-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin Nəzarət-Təftiş İdarəsində birinci dərəcəli nəzarətçi-təftişçi vəzifələrində çalışmışdır.

 

  • 1991-1995-ci illərdə Bakı şəhər Maliyyə İdarəsində Xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəisi, 

 

  • 1995-1997-ci illərdə Bakı Şəhər Maliyyə İdarəsi rəisinin müavini, 1998-2001-ci illərdə Bakı Şəhər Baş Maliyyə İdarəsinin rəisinin birinci müavini-Xəzinə Əməliyyatları İdarəsinin rəisi vəzifələrində işləmişdir.

 

  • 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

 

  • 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

 

  • 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ailəlidir. Üç övladı var.