Mehriban Əlişanova

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru

 

 

1963-cü il  fevral ayının 9-da anadan olmuşdur.


1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (Dövlət Neft Akademiyası) iqtisadiyyat fakültəsini bitirmişdir. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi  dərəcəsini almışdır. 

1982-2003-cü  illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində işləmişdir. 

2003-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Milli Televiziya və Radio Şurasına təyin edilmiş və Sədr müavini vəzifəsində çalışmışdır. 

2007-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə  Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.