Cəfər Həsənov

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru

 

 

1950-ci il iyul ayının 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

1967-1968-ci illərdə Zaqafqaziya Komsomol məktəbini, 1975-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisad  fakültəsini bitirmşdir.

1975-1993-cü illərdə Bakı şəhər İcraiyyə Komitəsinin “Bakıbaştikinti” Baş idarəsinin müəssisə və təşkilatlarında fəhlə, iş icraçısı, təchizat, plan-iqtisad, komplektləşdirmə şöbələrinin  müdüri, baş mühasib vəzifələrində işləmişdir.

1993-cü ilin dekabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzində baş müfəttiş-ekspert vəzifəsinə təyin olunmuş, 1996-ci ilin aprel ayından Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvü, auditor adı almaq üçün Auditorlar Palatasının  imtahan komissiyasının sədri olmuşdur.

1999-2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Maliyyə şöbəsinin müdüri vəzifəsində işləmişdir. 

2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yenidən Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ailəlidir. Iki övladı var.