Nazirlər Kabinetinə

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2016-cı ildə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş  

TƏKLİFLƏR

 

1. Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində əlavə dəyər vergisi qeydiyyatında olan və təqdim etdikləri xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənən dövlət müəssisələrində keçirilən audit tədbirləri zamanı maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə yaranan zərərin bağlanması üçün kompensasiya xarakterli əvəzsiz daxilolmaların (dövlət büdcəsindən ayrılan subsidiyalar, dotasiyalar və s. əvəzsiz daxilolmalar, ƏDV ilə birlikdə) gəlir kimi mənfəət vergisinin bəyannaməsinə daxil edilsə də, əlavə dəyər vergisi bəyannamələrində nəzərə alınmamasına yol verilməsi halları aşkar olunmuşdur.

 

Bu baxımdan, ƏDV-yə cəlb olunan malların (işlərin və xidmətlərin) təqdim edilməsindən yaranan zərərin bağlanması üçün ayrılan subsidiya, dotasiya və sair bu kimi əvəzsiz daxilolmalar üzrə ƏDV məbləğinin birbaşa qanunvericiliklə müəyyən edilmiş depozit hesabına köçürülməsi dövlət büdcəsi ilə hesablaşmaların həyata keçirilməsində vergidən yayınma hallarına səbəb ola biləcək şəraitin qabaqcadan aradan qaldırılmasını təmin etmiş olar.

 

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər (TAM MƏTN) 

 

 

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2015-ci ildə
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş
TƏKLİFLƏR


1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən vergi agenti vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsində müəyyən edilmiş digər vəzifələrlə yanaşı vergi agenti, həmçinin, vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən, hər vergi ödəyicisi üzrə ayrıca, uçotunu aparmağa borcludur.

Vergi Məcəlləsinin 150.1-ci maddəsinə əsasən vergi agentləri olan şəxslər ödəmə mənbəyində verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Məcəllənin 150.2-ci maddəsinə əsasən isə vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar (yəni, vergi agentləri) tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. O cümlədən, Vergi Məcəlləsinin 150.4-cü maddəsinə əsasən vergi ödəyicisinin iş yerində vergi agenti aylıq gəlir üzrə vergi tutmağa borcludur.

Göstərilənlərlə yanaşı, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin (o cümlədən Vergi Məcəlləsinin 98, 99, 122, 123, 124, 125 və 169-cu maddələrinə əsasən digər vergi ödəyicilərinin gəlirlərindən, qeyri-rezidentin vergi agenti üçün yerinə yetirdiyi iş və xidmətlərdən tutulmuş vergilərin), faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Eyni zamanda, qeyd etmək lazımdır ki, vergi agentinin və vergi agenti tərəfindən vergiləri ödəmə mənbəyində tutulmuş vergi ödəyicilərinin vergitutma obyektlərindən hesablanmış (tutulmuş) və ödənilmiş vergilərin uçotu vahid şəxsi vərəqədə aparıldığından vergi agenti tərəfindən digər vergi ödəyicilərinə ödənilən gəlirlərdən  hesabladığı (tutduğu) vergilər (o cümlədən, Vergi Məcəlləsinin 98, 99, 122, 123, 124, 125 və 169-cu maddələrinə əsasən digər vergi ödəyicilərinin gəlirlərindən tutulmuş vergilər və qeyri-rezidentin Azərbaycan respublikasının ərazisində vergi agenti üçün yerinə yetirdiyi iş və xidmətlərə görə hesablanmış ƏDV) bir sıra hallarda dövlət büdcəsinə ödənilməyərək vergi agentinin özünə məxsus olan vergitutma obyektlərindən hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıqödəmələrlə avtomatlaşdırılmış rejimdə  əvəzləşdirilir ki, bu da Vergi Məcəlləsinin 78, 150 və 169-cu maddələrinə ziddir.

Onu da qeyd edək ki, mütərəqqi təcrübəyə malik bir sıra xarici ölkələrdə bütün fiziki şəxslərə vergi ödəyiciləri kimi ayrıca eyniləşdirilmə nömrələrinin verilməsi və həmin şəxslərin gəlirlərindən, o cümlədən, muzdlu işlə əlaqədar gəlirlərindən tutulan və ödənilən vergilərin uçotunun, gəliri hesablayan və vergini tutan vergi agentinin deyil, şəxsin öz şəxsi vərəqəsində aparılması təmin edilir ki, bu da bir vergi ödəyicisinin (misal üçün, vergi agenti olan) artıq ödənilmiş vergi məbləğlərinin digər vergi ödəyicisinin ödənilməli olan vergi məbləğləri ilə əvəzləşdirilməsini ümumiyyətlə istisna edir.

Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 87.1.1-ci maddəsində “digər vergilərin” sözlərindən sonra “vergi agenti tərəfindən ödəmə mənbəyində tutulan vergilər və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində vergi agenti üçün yerinə yetirdiyi iş və xidmətlərə görə hesablanmış ƏDV istisna olmaqla” sözlərinin əlavə olunması məqsədəmüvafiq hesab edirik.

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2015-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər (TAM MƏTN)

 

 

Əlaqəli fayl(-lar):

 

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər  

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2013-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər 

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər 

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər 

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2010-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər