BEYNƏLXALQ AUDİT

Beynəlxalq audit tədbirləri

 

Beynəlxalq audit tədbirlərinin - birgə, paralel və koordinasiya edilmiş auditlərin keçirilməsi hər bir Ali Audit Qurumu üçün potensialın artırılması mexanizmi rolunu oynayır. Belə ki, bu beynəlxalq audit tədbirləri AAQ-lar arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi, həmçinin ətraf mühit və s. kimi transmilli məsələlər üzrə daha səmərəli audit tədbirlərinin həyata keçirilməsi ilə nəticələnir.

 

Azərbaycan Respublikası Hesablama Palatası beynəlxalq audit tədbirləri çərçivəsində beynəlxalq təşkilatların hesablarının auditini də həyata keçirir. Belə ki, 30 sentyabr – 1 oktyabr 2013-cü il tarixlərində Palatanın əməkdaşları İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) və həmin təşkilatın Audit Komitəsinin üzvü kimi təşkilatın 2010-2012-ci illər üzrə maliyyə hesabatlarının auditində iştirak etmişdir. Audit INTOSAI təşkilatının tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmişdir. 

 

Audit heyəti keçirdiyi beynəlxalq audit tədbiri zamanı ECOSAI təşkilatının maliyyə hesabatlarına əlavə qeydlərə dair öz fikirlərini təşkilatın rəhbərliyi ilə müzakirə etmişdir. Nəticə olaraq, rəhbərlik ECOSAI-ın İdarə Heyəti, komitələri, tətbiq etdiyi mühasibatlıq standartları, təlim fəaliyyəti və bank hesabları barədə vacib məlumatları maliyyə hesabatlarında düzgün şəkildə göstərilməsi üçün müvafiq tədbirlər görmüşdür.

 

Gələcəkdə Palatanın INTOSAI-ın Dövlət Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupu nəzdində Rusiya Federasiyası Hesablama Palatası ilə dövlət satınalma müqavilələrinin auditi sahəsində birgə və paralel auditlər keçirməsi nəzərdə tutulur.

 

 

Əlaqəli fayl(-lar):

 

Koordinasiya edilmiş audit Hesabatı

ECOSAI hesablarına dair auditin Hesabatı - 2013-2015

Fəlakət riskinin azaldılmasına dair audit üzrə birgə Hesabat