STRATEJİ İNKİŞAF PLANI 2018-20

 

Strateji İnkişaf Planının xülasəsi

 

Hesablama Palatasının uzunmüddətli dövr üçün inkişafını müəyyən edən və qurumun müxtəlif göstəricilərə nail olunması üçün missiya, dəyərlər, strateji hədəflərini və fəaliyyət istiqamətlərini əks etdirən mühüm sənəd olan Hesablama Palatasının 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı hazırlanaraq Azərbaycan Respublikası   Hesablama Palatasının 2017-ci il 13 dekabr tarixli 154 nömrəli  Kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

Yeni SİP bundan əvvəlki iki SİP üzrə görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi, INTOSAI-in “AAQ-larda  Potensialın Gücləndirilməsi” adlı Tövsiyə, ISSAI 12-nin (AAQ-ların dəyər və üstünlükləri – vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi) prinsipləri, xarici ölkələrin AAQ-larının təcrübələri öyrənilməsi əsasında 4 bölmədən və Tədbirlər proqramından ibarət olmaqla hazırlanmışdır. 2018-2020-ci illər üzrə SİP 5 məqsəddən ibarət olaraq tərtib edilmiş və  hər bir məqsəd üzrə alt-məqsədlər müəyyən edilmişdir.

 

 Strateji İnkişaf Planının təqdimatı