BEYNƏLXALQ TƏDBİRLƏR

Azərbaycan Respublikasının Ali Audit Qurumu olan Hesablama Palatası üzv olduğu beynəlxalq təşkilatların işində fəal iştirak edir və bu iştirak iki istiqamət üzrə təmin olunur. Belə ki, müxtəlif səviyyəli nümayəndə heyətləri ilə AAQ-ların beynəlxalq və regional təşkilatlarının əsas toplantılarında (konqres və assambleyalar), beynəlxalq konfrans və seminarlarda, İşçi və Xüsusi qrupların illik toplantılarında peşəkar bacarıqlarının mübadiləsi ilə yanaşı  Hesablama Palatası, beynəlxalq təşkilatların bəzi mühüm tədbirlərinə ev sahibliyi də edir.

 

INCOSAI

 

Konqres (INCOSAI-Ali Audit Qurumlarının Beynəlxalq Konqresi) INTOSAI-ın bütün üzvlərdən ibarət ali orqanıdır. Konqres üç ildən bir ev sahibliyi edən AAQ-ın rəhbərliyi altında müntəzəm toplantılar keçirir. Bu toplantılar zamanı  INTOSAI-ın bütün üzvlərinə  təcrübə  mübadiləsi aparmaq, ümumi məsələləri müzakirə etmək imkanı yaradılmaqla yanaşı hökumət hesabatlılığının artırılması istiqamətində qətnamə və tövsiyələr qəbul olunur. Konqresdə üzv AAQ-larla yanaşı BMT, Dünya Bankı və digər beynəlxalq və peşəkar təşkilatların nümayəndələri iştirak edirlər.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində  2016-cı ilin dekabr ayında sonuncu -  XXII Konqres keçirilmişdir. Konqres iki mövzunu əhatə etmişdir:

I Mövzu: INTOSAI yaxşı idarəetmə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də daxil olmaqla, BMT-nin 2030 Davamlı İnkişaf Gündəminə necə kömək edə bilər?

II Mövzu: Peşəkarlaşma: INTOSAI-nin daha qabaqcıl beynəlxalq təşkilat oolması inamını nə təşviq edə bilər?

Hesablama Palatasının da təmsil olunduğu XXII INCOSAI-ın sonunda Abu Dabi Bəyannaməsi qəbul edilmişdir.

Növbəti XXIII Konqres  Rusiya Federasiyası Hesablama Palatasının ev shaibliyi ilə  23-26 sentyabr 2019-cu ildə keçiriləcəkdir.

 

EUROSAI Konqresi

 

EUROSAI-ın Nizamnaməsinin 5-ci və 9-cu maddələrinə əsasən rəhbərləri və ya müvafiq səlahiyyətli nümayəndələri ilə təmsil olunmaqla EUROSAI-ın bütün üzvlərindən  ibarət Konqres EUROSAI-ın ali orqanıdır. Konqres hər üç ildən bir keçirilir.

Sonuncu, X Konqres, 2017-ci il 22-25 may tarixlərində Türkiyə Hesablama  Məhkəməsinin təşkilatçılığı ilə keçirilmişdir. Əsas mövzu "İSSAİ-lərin həyata keçirilməsi; Əlavə təkmilləşdirilmə üçün çağırışlar və həllər" olmuşdur. Tədbirdə Hesablama Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Növbəti, XƏ Konqres, 2020-ci ildə Çexiya Respublikasında keçiriləcəkdir.

 

ASOSAI Assambleyası

 

Assambleya ASOSAI-a üzv ölkələrin iştirakı ilə üç ildən bir keçirilir. Assambleya ilə yanaşı Simpoziumlar da təşkil olunur. Sonuncu, 13-cü ASOSAI Assambleyası, 2015-ci il fevral ayında Malayziyanın Kuala Lumpur şəhərində baş tutmuşdur. Assambleyada Hesablama Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Növbəti, 14-cü Assambleya, 2018-ci ildə Vyetnamda keçiriləcəkdir.

 

ECOSAI Assambleyası

 

Assambleya ECO təşkilatına üzv ölkələrin Ali Audit Qurumlarının rəhbərləri və ya səlahiyyətli nümayəndələrindən ibarətdir. Assambleya toplantılarını 3 ildən bir keçirir. İdarə Heyətinin təşəbbüsü və ya üzv qurumların bəzilərinin xahişi ilə fövqəladə iclaslar da çağrıla bilər. Toplantılara İdarə Heyətinin Prezidenti sədrlik edir. Təmsil olunduğu nümayəndələrin sayından asılı olmayaraq hər bir üzv-qurumun yalnız bir səs hüququ var.

ECOSAI-ın bu günə kimi 6 Assambleyası keçirilmişdir. Sonuncu, 6-cı ECOSAI Assambleyası, 2013-cü il dekabr ayında İranda baş tutmuşdur. Hesablama Palatası Assambleyada yüksək səviyyədə təmsil olunmuşdur.

17-19 oktyabr 2016-cı il tarixlərində ECOSAI təşkilatının Türkiyənin Ankara şəhərində 7-ci Assambleyası və 7-ci Simpoziumu keçirilmişdir .  Hesablama Palatasının nümayəndə heyəti 22-24 oktyabr 2017-ci il tarixlərində keçirilmiş ECOSAI-ın İdarə Heyətinin 22-ci toplantısında iştirak etmişdir. 

 

UN/INTOSAI Seminarları

 

UN/INTOSAI seminarları AAQ-lar üçün potensialın artırılmasını təmin edir( INTOSAI-ın Strateji Planının 2-ci məqsədi). UN/INTOSAI seminarları mövzu üzrə təcrübə və dövlət sektorunda auditin bütün müvafiq sahələrində məlumat mübadiləsi vasitəsi ilə bu sahələr üzrə tədqiqatlara və metodoloqiyanın inkişafına töhvə verirlər.

Həmin seminarlar 1971-ci ildən iki ildən bir BMT ilə birlikdə maliyyələşdirilərək Vyana şəhərində keçirilmiş, və  inkişaf edən və keçid dövrünü yaşayan ölkələrin AAQ-larından olan iştirakçılar üçün təlimlər aparmışlar.

UN/INTOSAI seminarları Baş Katiblik tərəfindən təşkil olunur. Texniki proqram BMT ilə birlikdə Baş Katiblik tərəfindən hazırlanır.

Reqionlararası səviyyədə BMT-nin himayədarlığı ilə hökumət auditi mövzusunda 23 seminar təşkil olunub.

2017-ci ilin noyabr ayında isə Hesablama Palatasının nümayəndəsi İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Borcun idarə edilməsi üzrə 11-ci toplantısında iştirak etmişdir. 

 

Tədbirlərə Ev Sahibliyi Edilməsi

 

“Ali Maliyyə Nəzarəti Orqanlarının fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda Seminar:

2018-ci il fevral ayının 20-21 də Azərbaycan Respublikası Hesablama Palatasında  Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin  əhəmiyyəti”  mövzusunda Seminar keçirilmişdir. 

 

Məruzələr ətrafında müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkənin ali audit qurumunun  fəaliyyətinin səmərəliliyinin  qiymətləndirilməsi təcrübəsini bölüşmüşlər.

 

Seminar  Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Tibbi Sığorta Federal Fondunun vəsaitləri hesabına  sosial təminat  üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də Rusiya Federasiyasının Pensiya  Fondunun və  sosial sığorta Fondunun  vəsaitləri hesabına  sosial təminat  üzrə ödənişləri həyata keçirən fondların auditi sahəsində təcrübənin öyrənilməsi məsələləri ilə öz işini davam etdirmişdir.

 

 

MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun XII toplantısı:

MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun XII toplantısında 5 ölkənin Ali Audit Qurumunun 8 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.

Hesablama Palatasının auditoru tədbiri açaraq qonaqları salamlamış və toplantının məqsədi, mövzusu barədə məlumat verərək Ali Audit Qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən  danışıb. Daha sonra Qazaxıstan Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin üzvü cənab Konstantin Plotnikov tədbirdə giriş sözü ilə çıxış etmişdir. O, həmçinin Qazaxıstan Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədrliyi ilə video konfrans rejimində keçirilmiş İşçi Qrupunun XI toplantısı və toplantıda müzakirə olunmuş məsələlər, habelə İşçi Qrupunun 2018-2019-cu illər üzrə İş Planının təsdiq edilməsi barədə məlumat vermişdir.

 

ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısı  

2018-ci ilin  oktyabr  ayının 9-10-da Bakı şəhərində Azərbaycan Respublikasının Hesablama Palatasının ev sahibliyi ilə ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısı   keçirilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  İdarə Heyətinin toplantısını açaraq  iştirakçıları və qonaqları salamlamış, ECOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamış və Azərbaycan tərəfinin region üzrə ümumi fəaliyyətlərdə verdiyi töhfə barəsində məlumat vermişdir. 

 

Sonra ECOSAI-ın, eləcə də, Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Baş  açılış nitqi söyləyərək toplantının  ümumi məqsədi və gündəliyi barədə danışmışdır.  Toplantının qəbul edilmiş Gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin 2017-2018-ci il üzrə fəaliyyət hesabatı və  2017-ci il 31 dekabr tarixində bitən il üzrə ECOSAI-ın İllik Hesabları təqdim edilmişdir.

 

Daha sonra, iş günün əvvəlində keçirilmiş ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısının iştirakçılarının hesabatı, ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan AAQ-ının məlumatı dinlənilmiş, ECOSAI-ın ASOSAI-ın regional üzvü olması istiqamətindəki fəaliyyəti ilə bağlı yeniliklər, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, ECOSAI-ın təlim fəaliyyətləri ilə əlaqədar İslam İnkişaf Bankı və digər donor təşkilatlarla əməkdaşlığı barədə eləcə də, birgə və paralel auditlərin keçirilməsi istiqamətində görülmüş işlər  müzakirə edilmişdir.

 

Nümayəndə heyətlərinin rəhbərləri və üzvləri ECOSAI çərçivəsində maliyyə, səmərəlilik və uyğunluq auditlərinin keçirilməsində ISSAI standartlarının tətbiqi zamanı qarşıya çıxan çətinliklər və onların milli müstəvidə həlli yolları barədə öz fikirlərini bildirmişlər. Bundan əlavə, region daxilində Ali Audit Qurumları arasında ikitərəfli münasibətlərin daha da dərinləşməsinin əhəmiyyəti vurğulanmışdır.

 

ECOSAI-ın və  Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Başın  yekun nitqi ilə Toplantı başa çatmışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov Toplantı iştirakçılarına işgüzar əməkdaşlıq üçün təşəkkürünü bildirmişdir.

 

Əlaqəli fayl(-lar):

 

 Pekin Bəyannaməsi

 Bakı Bəyanatı