İkitərəfli əməkdaşlıq

İkitərəfli əməkdaşlıq

 

Xarici ölkələrin AAQ-ları ilə ikitərəfli əsasda münasibətlərin qurulması Hesablama Palatası üçün xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlər həmin ölkələrin AAQ-ları ilə imzalanmış iki tərəfli əməkdaşlığa dair müqavilə və sənədlərlə tənzimlənir. Hesablama Palatası digər AAQ-larla əməkdaşlığını birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi ilə fəal şəkildə davam etdirir.

  
Aşağıdakı ölkələrin AAQ-ları ilə əməkdaşlıq haqqında Saziş və Memorandumlar imzalanmışdır:

Rusiya Federasiyası Hesablama Palatası - 2002-ci ildə iki qurum arasında əməkdaşlıq haqqında sazişin imzalanmışdır, lakin bu dövr ərzində Azərbaycan Respublikası və Rusiya Federasiyasının sosial-iqtisadi sahədə dinamik surətdə inkişaf etdiyi, iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyi nəzərə alınaraq Saziş yenilənmişdir. Beləliklə, 24 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova ilə görüşü zamanı hər iki Ali Audit Qurumu arasında qarşılıqlı əlaqələr müzakirə edilmiş və hər iki qurumun rəhbəri tərəfindən Saziş imzalanmışdır. 

 

  • İran İslam Respublikası Ali Audit Məhkəməsi (2005),
  • Pakistan İslam Respublikası Baş Auditor Ofisi (2005),
  • Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığı (2005), 
  • Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi (2006), 
  • Ukraynanın Hesablama Palatası (2006);
  • Belarus Respublikası Dövlət Nəzarət Komitəsi (2010);
  • Moldova Hesablama Palatası (2014);
  • Rusiya Federasiyası Hesablama Palatası (2018);
  • Qırğızıstan Respublikası Hesablama Palatası (2018);
  • Polşa Ali Audit Ofisi (2018);
  • Küveyt Dövləti Auditor Bürosu (2019);
  • Gürcüstan Respublikası Nəzarət Palatası (2019).

 

Sənədlərdə, əsasən, birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi, keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin artırılması, müvafiq informasiya-arayış materiallarının mübadiləsi, peşəkar təlim, kadrların ixtisasının artırılması və s. məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.