ÜMUMİ MÜSAHİBƏ ELANLARI

Azərbaycan Respublikasının Hesablama Palatası aşağıdakı vəzifələrinin tutulması üçün ümumi müsahibə

 ELAN EDİR:

 

  • İcmal büdcə və strateji təhlil şöbəsi, Xəzinə hesabatlarının təhlili sektoru, böyük məsləhətçi.
  • İqtisadi sahələrin auditi şöbəsi, Aqrar sahələrin və ətraf mühitin mühafizəsinin auditi sektoru, baş məsləhətçi.

 

        Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 19 iyun 2020-ci il tarixindən 17 iyul 2020-ci il tarixi saat 18:00-dək dövlət qulluğu üzrə müraciət Forması vasitəsilə Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir. (http://eservices.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=378)

        Ümumi müsahibədə vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

        Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

        Əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.

        1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

        Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

       “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

        Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Dövlət İmtahan Mərkəzinin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

 

 Telefon:  (012) 493 32 11 (daxili: 214) Azərbaycan Respublikası Hesablama Palatasının

                 Hüquqi təminat və insan resursları şöbəsi

                 (012) 465 87 93/94/97 (daxili: 119, 123, 130) Azərbaycan Respublikasının Dövlət İmtahan   

                 Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi