DAXİLİ MÜSAHİBƏ ELANLARI

Azərbaycan Respublikasının Hesablama Palatası aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə

ELAN EDİR:

  • Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsi, Vergi gəlirlərinin auditi sektoru, böyük məsləhətçi - ətraflı tanış olun
  • Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsi, İnformasiya texnologiyaları sektoru, aparıcı məsləhətçi - ətraflı tanış olun
  • Səmərəlilik auditi sektoru, baş məsləhətçi - ətraflı tanış olun

Müsahibədə Azərbaycan Respublikasının Hesablama Palatasında inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-  ərizə;

-  kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 25 fevral 2020-ci il tarixdən 10 mart 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Hesablama Palatasının Hüquqi təminat və insan resursları şöbəsinə müraciət edilə bilər.

Telefon: +99412 493 32 11 daxili nömrə (214)