1979-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur.

 

2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun İqtisadi Kibernetika ixtisası üzrə  bakalavr dərəcəsini, 2002-ci ildə magistr dərəcəsini almışdır.

 

2003-2005-ci illər ərzində Azərbaycan Respublikası Hesablama Palatasının Auditor xidmətinin kiçik məsləhətçisi, məsləhətçisi,

 

2005-2007-ci illər ərzində İcmal-analitik nəzarət şöbəsinin məsləhətçisi,

 

2007-2015-ci illər ərzində Dövlət gəlirlərinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi, böyük məsləhətçisi, baş məsləhəçisi və həmin şöbənin Vergi gəlirlərinə nəzarət sektorunun müdiri vəzifələrində işləmişdir.

 

2016-cı ildən etibarən Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.       

 

 

Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin əsas fəaliyyət istiqamətləri:

 

  • dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına və icrasına kənar dövlət maliyyə nəzarətinin təşkili və həyata keçirilməsi;

 

  • funksional fəaliyyət istiqamətləri üzrə İş planına təkliflərin hazırlanması:

 

  • İş planına və təsdiq olunmuş proqramlara uyğun olaraq nəzarət fəaliyyətinin, o cümlədən ekspert-analitik və audit tədbirlərinin yerinə yetirilməsi;

 

  • dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsi, eləcə də vergi sisteminin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanması;

 

  • qanunvericiliklə müəyyən edilmiş qaydada digər istiqamətlər üzrə fəaliyyətin həyata keçirilməsi.