Bahadur Əsədov

 

Maliyyə və təsərrüfat şöbəsinin müdiri 

 

 

1951- ci il iyun ayının 22-də Ermənistan Respublikası Sisyan rayonunda anadan olmuşdur.

 

1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirmişdir.

 

1978-1982-ci illərdə Bakı şəhəri  53 saylı Orta məktəbdə müəllim vəzifəsində işləmişdir.

 

1982 -ci ildən Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir.

 

1999-cu ildə Polis Akademiyasını bitirmişdir.

 

1999-2006-cı illərdə Daxili İşlər orqanlarında Polis bölməsinin  rəisi vəzifəsində işləmişdir.

 

2007-2015-ci illərdə Azərbaycan Respublikası FHN-də İdarə rəisi vəzifəsində işləmişdir.

 

2015-ci 16 iyul tarixində Azərbaycan Respublikası Hesablama Palatasının Maliyyə və təsərrüfat şöbəsinin şöbə müdiri vəzifəsinə təyin edilmişdir.

 

Maliyyə və təsərrüfat  şöbəsinin fəaliyyət istiqamətləri:
 

Palatanın əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır;

Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması üçün şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanmasını təmin edir;

 xərclər smetasının hazırlanmasını təmin edir;

işçilərin əmək haqlarının, mükafatlarının, ezamiyyə xərclərinin hesablanması və ödənilməsini təmin edir;

təsərrüfat və təchizat xidmətini yerinə yetirir; 

növbəti büdcə ili üzrə Palatanın saxlanılması xərclərinin büdcə layihəsini hazırlayır;

qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat hesabatlarının verilməsini təmin edir;

qanunvericiliklə müəyyən edilmiş qaydada inventarizasiyanın aparılmasını təmin edir;

Palatanın balansında olan əmlakın qorunmasını təmin edir;

kargüzarlıq işlərinin aparılmasını təmin edir;

Palatada sənədlərin icra vəziyyətinə nəzarət edir;

arxiv işinin aparılmasını təmin edir;

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstəri