Nəsir Sadıqov

 

Hüquq və kadr məsələləri şöbəsinin müdiri

 

1985-ci il avqust ayının 10-da Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.

 

2007-ci ildə Qafqaz universitetinin Beynəlxalq hüquq fakültəsini, 2013-cü ildə isə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsini bitirmişdir.

 

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında başlamışdır.

 

2009-cu ilin iyun ayından  Azərbaycan Respublikası Hesablama Palatasında Hüquq və dövlət qulluğu şöbəsinin aparıcı məsləhətçisi, 2011-ci ilin noyabr ayından həmin şöbənin böyük məsləhətçisi, 2014-cü ilin oktyabr ayından isə Hüquq və kadr məsələləri şöbəsinin Nəzarət tədbirlərinin hüquqi təminatı sektorunun müdiri vəzifələrində işləmişdir.

 

2015-ci ilin yanvar ayından Hüquq, kadr məsələləri və daxili nəzarət şöbəsinin müdir müavini – sektor müdiri vəzifəsində işləmişdir.

 

Hesablama Palatası Sədrinin 2016-cı il 05 yanvar tarixli əmri ilə Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

 

Dövlət qulluğunun baş müşaviridir.

 

Ailəlidir, iki övladı var.