Ümumdövlət xidmətlərinin auditi şöbəsi

Ümumdövlət xidmətlərinin auditi şöbəsinin fəaliyyət istiqamətləri:

 

  • Ümumi dövlət xidmətləri (elm və dövlət borcu üzrə xidmətlər istisna olmaqla) xərclərinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirir;

 

  • növbəti il üçün dövlət büdcəsi haqqında qanun layihəsinə fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

 

  • dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə dair fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

 

  • Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması üçün maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanmasını təmin edir;

 

  • aidiyyəti üzrə Palatanın İş planına təkliflər hazırlayır və Palatanın rəhbərliyinə təqdim edir;

 

  • aparılmış analitik təhlillər və keçirilmiş audit tədbirlərinin nəticələrinə əsasən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;

 

  • müəyyən olunmuş qaydada şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq normativ hüquqi-aktların hazırlanmasını təmin edir;

 

  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.