Ramiz Tofiqi oğlu Qəni-zadə

 

Ramiz Qənizadə

 

Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin müdiri

 

 

1954-cü il may ayının 27-də Bakı şəhərində anadan olmuşdur.

 

1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatının Planlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

 

1976-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

 

1975-1996-cı illərdə Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində, Dövlət Aqrar Sənaye Komitəsində, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində, “Azəryeyintisənaye” Dövlət Şirkətində: şöbə rəis müavini, idarə rəis müavini, idarə rəisi, bölmə rəisi, baş mütəxəssis, baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir.

 

1996-2009-cu illərdə Azərbaycan Respublikası Auditorlar Palatasında Departament direktoru vəzifəsində işləmişdir.

 

2009-cu ildən etibarən Azərbaycan Respublikası Hesabalama Palatasında sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.

 

2014-cü il iyul ayında Hesablama Palatasının Büdcədənkənar dövlət fondlarına, sosial müdafiə və sosial təminat xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. Üç övladı var.

 

Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin fəaliyyət istiqamətləri:

aidiyyəti  üzrə  Palatanın İş planına təkliflərini hazırlayır  və Palatanın rəhbərliyinə təqdim edir;

dövlət  büdcəsinin  layihəsi  və  icrası  üzrə  şöbəyə daxil olan sənədləri, müvafiq statistik məlumatları təhlil edir və müvafiq rəy layihəsini hazırlayır;

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsi üzrə şöbəyə daxil olan məlumatları təhlil edir və müvafiq rəy layihəsini hazırlayır;

dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə dair fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması üçün maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanmasını təmin edir;

mövcud məlumat bazasının təkmilləşdirilməsi və müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti hesabat formalarını hazırlayır;

fəaliyyət istiqaməti üzrə audit və digər nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir;

məlumat və hesabatların təhlili, keçirilmiş audit tədbirlərinin nəticələrinə əsaslanaraq qüvvədə olan normativ-hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflər verir;

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.