Vüqar İbrahimov

 

Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin müdiri 

 

 

1972-ci il yanvar ayının 29-da Qazax rayonunda anadan olmuşdur.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. 

1994-1995-ci illərdə Azərbaycan Respublikası Sənaye İnvestisiya Bankında   mühasib   işləmişdir.

 1995-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsində iqtisadçı, baş iqtisadçı, Banklarla iş və Qiymətli kağızlar idarəsində şöbə müdiri, Daxili borclanma şöbəsində  müdir müavini vəzifələrində çalışmışdır.

2007-ci ildən Azərbaycan Respublikası Hesablama Palatasının Bank-kredit fəaliyyəti, dövlət borcunun təhlili və dövlət əmlakının idarə olunmasına nəzarət şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2016-cı ilin yanvar ayında Hesablama Palatasında aparılmış struktur dəyişikliyi nəticəsində Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin müdiri təyin edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir. İki övladı var.
 

 

Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin fəaliyyət istiqamətləri:

 

  • Dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin fəaliyyət istiqamətləri:

 

  • ölkənin bank sistemi və onun əsas göstəriciləri üzrə müvafiq məlumatları ümumilikdə təhlil edir;

 

  • vergi olmayan büdcə daxilolmalarına dair məlumatları təhlil edir;

 

  • fəaliyyət istiqamətinə uyğun olaraq dövlət borcunun müxtəlif istiqamətlərdə təhlilini həyata keçirir;

 

  • növbəti il üçün dövlət büdcəsi haqqında qanun layihəsinə fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

 

  • dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə dair fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

 

  • Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması üçün maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanmasını təmin edir;

 

  • aidiyyəti üzrə Palatanın İş planına təkliflər hazırlayır və Palatanın rəhbərliyinə təqdim edir;

 

  • fəaliyyət istiqamətinin əhatə etdiyi sahələrə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı maliyyə-büdcə təhlilini həyata keçirir və bu istiqamət üzrə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;

 

  • müəyyən olunmuş qaydada şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq normativ hüquqi-aktların hazırlanmasını təmin edir;

 

  • Dövlət əmlakının idarə olunması ilə baölı məlumatların təhlini həyata keçirir;

 

  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.