Firsənd Qurbanov

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru

 

 

1960-cı il oktyabr ayının 6-da Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur.

1986-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsini, 1998-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1991-ci ildə N.Voznesenski adına  Leninqrad Maliyyə İqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi  dərəcəsini almışdır.   

1986-1988-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı işləmişdir.  

1988-1991-ci illərdə Leninqrad Maliyyə-İqtisad  İnstitutunda aspirant  olmuşdur.

1991-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işçi, laboratoriya müdiri, müəllim işləmişdir.

1992-1996-cı illərdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

1996-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Maliyyə idarəsinin rəisi, Nazirliyin şöbə rəisi, sektor müdiri olmuşdur.

2007-2015-ci illərdə  Azərbaycan Respublikası Hesablama Palatasının Təhsil, elm, səhiyyə və mədəniyyət  xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləmişdir.

 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.


Ailəlidir. Üç övladı var.