Hilal Qorxmaz oğlu Hüseynov

 

Hilal Hüseynov

 

Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri

 

 

 

1979-cu il mart ayının 15-də Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Azərbaycan Dövlət  İqtsad İnstitutunun beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirərək bakalavr dərəcəsini,  2002-ci ildə isə  Qərb Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini almışdır.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Ticarət  Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

2001-2002-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir köməkçisi vəzifəsində  işləmişdir.

2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsində həqiqi hərbi xidmətdə olmuşdur.

2004-2009-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsində baş məsləhətçi, İnfrastruktur təyinatlı layihələrin  maliyyələşdirilməsi şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir.

2009-cu ildən Azərbaycan Respublikası Hesablama Palatasının Bank-kredit fəaliyyəti, dövlət borcunun təhlili və dövlət əmlakının idarə olunmasına nəzarət şöbəsində böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 

 

2013-cü ildən Beynəlxalq əməkdaşlıq şöbəsində şöbə müdirinin  müavini – sektor müdiri vəzifəsində,


2013-cü ilin dekabr ayından isə həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 

 

2016-cı ilin yanvar ayından Hesablama Palatasında aparılmış struktur dəyişiklikləri nəticəsində Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

 

Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 2131 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

 

Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin fəaliyyət istiqamətləri:

 

  • ali audit qurumlarının beynəlxalq və regional təşkilatları, həmçinin digər xarici beynəlxalq qurumlar ilə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada Palatanın əlaqələrinin qurulmasını və onlarla əməkdaşlığının həyata keçirilməsini təşkil edir;

 

  • ali audit qurumlarının qabaqcıl təcrübələrini təhlili nəticəsində hazırlanmış məlumatları Palatanın rəhbərliyinə və aidiyyatı strukur bölmələrinə təqdim edir;

 

  • beynəlxalq təşkilatlardan daxil olan sənədlər və materiallar barədə Palatanın rəhbərliyini və aidiyyəti struktur bölmələrini məlumatlandırır, habelə həmin sənədləri və xarici əlaqələrin həyata keçirilməsi ilə bağlı materialları tərcümə edir;

 

  • Hesablama Palatasının beynəlxalq və regional təşkilatlarda üzvlüyü ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətin aparılmasında iştirak edir və ümumi koordinasiya işini aparır;

 

  • beynəlxalq tədbirlərin və xarici tərəfdaşlar ilə görüşlərin təşkilində iştirak edir, müvafiq protokol qaydalarının riayət olunmasını təmin edir;

 

  • Hesablama Palatasına informasiya sistemlərinin fasiləsiz işləkliyini və təhlükəsizliyini təmin edir;

 

  • Hesablama Palatasının audit (nəzarət) fəaliyyəti zamanı texniki və ekspert dəstəyini təqdim etməklə iştirak edir.