15 fakt
Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətini tənzimləyən beynəlxalq normalar
  • Auditin təməl prinsipləri ilə bağlı Lima Bəyannaməsi
  • Ali Audit Qurumlarının Müstəqilliyi ilə bağlı Meksika Bəyannaməsi
  • Birləşmiş Millətlər Təşkilatının qətnamələri

Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin hüquqi bazası
  • Azərbaycan Respublikasının Konstitusiyası
  • “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu
  • “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Hesablama Palatasının Daxili Nizamnaməsi

Azərbaycan Respublikası Hesablama Palatası nə vaxt yaradılmışdır?

Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq 1999-cu ildə yaradılmışdır


Azərbaycan Respublikası Hesablama Palatası  fəaliyyətə nə vaxt başlamışdır?​

Azərbaycan Respublikası Hesablama Palatası 7 dekabr 2001-ci ildə fəaliyyətə başlamışdır.

 


Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri kimlərdir?

Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir.

 


Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası

Hesablama Palatası Kollegiyasının üzvləri Palata sədri, Palata üzviləri və struktur bölmə rəhbərlərindən təşkil olunur və 11 nəfərdən ibarətdir.

 


Azərbaycan Respublikası Hesablama Palatasının aparatı

Hesablama Palatasının aparatı nəzarət funksiyalarının yerinə yetirilməsini təmin edən 7 şöbə və Palatanın digər fəaliyyətləri ilə bağlı 4 şöbədən ibarətdir.  

 


Azərbaycan Respublikası Hesablama Palatasının əsas fəaliyyət istiqamətləri hansılardır?

Hesablama Palatası dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

 


Azərbaycan Respublikası Hesablama Palatasının son 3 ildə fəaliyyətinin əsas göstəriciləri

Audit tədbirlərinin sayı:

  • 2014 – 82
  • 2015 – 81
  • 2016 - 64 

Göndərilən təqdimatların sayı:

  • 2014 – 122
  • 2015 – 134
  • 2016 - 36

 


Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyətinin əsas nəticələri​
  • Nəzarət tədbirlərinin başlanması ilə əlaqədar qəbul edilmiş qərarların sayı – 77
  • Nəzarət tədbirinin nəticəsi ilə bağlı qəbul edilmiş qərarların sayı - 76 
  • Nəzarət tədbirinin nəticəsi üzrə göndərilən təqdimatların sayı - 36
  • Büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə - 9 təklif

 


Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyətinin əsas nəticələri​
  • 11256,4 min manat, 75,0 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edilmişdir;
  • Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 282,0 min manat məbləğində vəsait bərpa edilmişdir;
  • 4070,4 min manat məbləğində görülməmiş işlərin başa çatdırıldırılması təmin edilmişdir;
  • 625,3 min manat dəyərində təhvil verilməmiş inventar və avadanlıq natura şəklində bərpa edilmişdir;
  • icra prosesində olan satınalma müqaviləsinin  qiyməti ümumilikdə 3881,5 min manat məbləğində azaldılmışdır;
  • 3605,7 min manat məbləğində maliyyələşmə məbləği azaldılmışdır;
  • 5829,0 min manat məbləğində debitor borc uçota alınmışdır;
  • 193088,6 min manat məbləğində işlərin müvafiq qaydada uçota alınmışdır;
  • 5672,9 min manat inventar və avadanlıq uçota alınmışdır;

 


2016-cı ildə fəaliyyətin əsas nəticələri
  • 2 nəzarət tədbiri üzrə materiallar Prokurorluq orqanlarına  göndərilmişdir;
  • Nöqsanlara yol vermiş  443 nəfərlə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilmişdir;
  • Audit olunan qurumlarda 8 iqtiqamət üzrə 825 halda nöqsan müəyən edilmişdir;
  • Audit ilə ümumilikdə 5606,5 mln. manat vəsait əhatə olunmuşdur.

 


Azərbaycan Respublikası Hesablama Palatası hansı beynəlxalq təşkilatların üzvüdür?
  • 2002-ci ilin aprelindən (yaradıldığı gündən bir neçə ay sonra) INTOSAI -ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı),
  • 2002-ci ilin may ayından – EUROSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı),
  • 2002-ci ilin iyun ayından ASOSAI-ın (Ali Audit Qurumlarının Asiya Təşkilatı),
  • 2002-ci ilin sentyabrından – ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının Birliyi) üzvüdür.
  • Həmçinin, Azərbaycan Respublikasının Hesablama Palatası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ali maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının üzvüdür.

 


Yeni audit növləri​

  1. Risk əsaslı maliyyə auditi. 2014-cü ildə iki pilot audit həyata keçirilmişdir.
  2. Səmərəlilik auditi. 2014-cü ildə iki pilot audit həyata keçirilmişdir.
  3. İT auditi. Müvafiq normativ sənədlər hazırlanmışdır.

 

 


    Azərbaycan Respublikası Hesablama Palatası ilə necə əlaqə saxlamaq olar?

   

Azərbaycan Respublikası Hesablama Palatası

Bakı şəhəri, Xəqani küçəsi 33. tel:(+99412) 498 13 34.  office@ach.gov.az 

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi

Naxçıvan şəhəri, C. Məmmədquluzadə küçəsi, tel: (+99436) 545 07 43 . hpni@nakhchivan.az

www.sai.gov.az