Adil Məhərrəmov

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini

 

 

1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur.

1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirmişdir.  

1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor,  sahə rəisi, sex rəisinin müavini, sex rəisi  işləmişdir.

1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin  Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır.

1986-2000-ci illərdə  SSRİ Rabitə Vasitələri  Sənayesi Nazirliynin ( sonradan SSRİ Rabitə Nazirliyi,  Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri olmuşdur.

2001-ci ilin aprel-dekabr aylarında  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində  Nazirin müşaviri vəzifəsində çalışmışdır. 

2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru  təyin edilmişdir.

2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.

 

2011-ci il 31 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1809 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə yenidən Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 2486 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 

Ailəlidir. İki övladı var.