2009-cu il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair rəy

 

Ölkənin inkişafını xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ÜDM-in gözlənilən artım səviyyəsinin 2008-ci ilin sonuna 2007-ci ilə nisbətən təqribən 3,7 faiz bəndi, növbəti ilə artım səviyyəsinin isə 2008-ci ilin gözlənilən icra səviyyəsi ilə müqayisədə 2,4 faiz bəndi aşağı düşməsinin proqnozlaşdırılmasına baxmayaraq, əldə olunan nəticələr dünya iqtisadiyyatında mövcud olan artım sürətindən təqribən 5,0 dəfə çoxdur, başqa sözlə, ölkə iqtisadiyyatında mövcud olan davamlı inkişaf qorunacaqdır. 2005-2009-cu illərdə ÜDM-in proqnoz və faktiki həcm göstəricilərinin dinamikasının təhlili göstərir ki, mütləq ifadədə faktiki məbləğlər proqnoz göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və bu kəmiyyət cari qiymətlərlə təqribən 3,0-8,4 mlrd. manat və ya 21,0-31,0 faiz arasında dəyişir.

 

“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirləri 12177000,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2008-ci ilin dövlət büdcəsi gəlirlərinin ilkin təyinatından 4784500,0 min manat və ya 64,7%, dürüstləşdirilmiş təyinatından (eyni ilə gözlənilən icrasından) 1693000,0 min manat və ya 16,1%, 2007-ci ilin dürüstləşdirilmiş təyinatı ilə müqayisədə 6406100,0 min manat və ya 2,1 dəfə, icrası ilə müqayisədə 6170398,1 min manat və ya 2,0 dəfə, 2006-cı ilin dürüstləşdirilmiş proqnoz və icra göstəricilərindən isə, müvafiq olaraq, 8340232,7 min manat və ya 3,2 dəfə və 8308227,0 min manat və ya 3,1 dəfə çoxdur.

 

2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin xərcləri böyük məbləğdə artımla nəzərdə tutulmuşdur ki, bu artım 1294,4 mln. manat (və ya 11,7%) təşkil edir. Artımların böyük məbləğlər təşkil etməsi məcmu tələbin genişlənməsinə, iqtisadi artımın dinamikliyinin təmin olunmasına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.

 

“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair rəy