2020-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi mövcud qanunvericiliyin tələblərinə, həmçinin “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

 

Rəyin hazırlanmasında Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsinin icra, 2020-ci il üçün təsdiq edilmiş dövlət büdcəsi göstəricilərindən, dövlət büdcəsinin cari ilin ilk 6 ayı üzrə icrasına dair hesabatlardan, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, həmçinin Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatlarından, eyni zamanda, beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilmişdir.

 

Rəydə dövlət büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi mühitin araşdırılması, layihədə nəzərdə tutulan dövlət büdcəsinin gəlir və xərc göstəricilərinin əsas parametrlərinin müəyyən edilmiş vəzifələrə uyğunluğunun təhlilinə, dövlət büdcəsinin cari ilin müvafiq dövrü üzrə icra vəziyyətinə diqqət yetirilmişdir.

 

Rəyin hazırlanması zamanı yuxarıda qeyd edilmiş mənbələr üzrə məlumatlardan istifadə etməklə statistik təhlil metodları, o cümlədən, müqayisəli təhlil, meyillərin təhlili, retrospektiv yanaşma və s. tətbiq edilmişdir.

 

““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi