Sosial təminat və sosial müdafiə, İşsizlikdən sığorta fondu - 2020-ci il büdcəsinə dəyişikliklərlə bağlı Rəylər

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasnın Qanun layihəsinə Hesablama Palatasının Rəyləri

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasnın Qanun layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi mövcud qanunvericiliyin tələblərinə, həmçinin “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na müvafiq olaraq hazırlanmışdır.

Rəy hazırlanarkən “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının  29 noyabr 2019-cu il tarixli 1697-VQ nömrəli Qanunu və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1698-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş göstəricilər əsas tutulmuşdur.