İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında rəy
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə (Qanun layihəsi) Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi (Rəy) “Hesablama Palatası haqqında” Azərbaycan Respublika¬sının Qanununun 7.0.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır. 
 
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 05 avqust tarixli 1569 nömrəli Fərmanının 3.2-ci bəndi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsizlikdən sığorta fondunun hər il üçün büdcəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanıb təqdim edilməsi tapşırılmışdır
 
Rəyin məqsədi İşsizlikdən sığorta fondunun gəlirlər və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsas¬lılığı və nəzərdə tutulan tədbirlərin sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğun¬luğunun  araşdırılmasıdır.
 
Rəy “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi ilə birgə təqdim edilmiş məlumat və göstəricilərdən, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Azərbaycan Respublikası Qanunun¬dan, Qanun layihəsinə dair izahatdan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin hesabat və məlumatlarından, Hesablama Palatasının müvafiq analitik məlumat bazasından, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatların¬dan istifadə edilməklə  hazırlanmışdır. 
 
Rəy “Ümumi müddəalar”dan, “İşsizlikdən sığorta fondunun 2020-ci il büd¬cəsi  haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi”, “Fondun gəlirləri”, “Fondun  xərcləri” və “Nəticələr və tövsiyələr” adlı bölmələrdən və müvafiq alt bölmələrdən ibarət olmaqla tərtib edilmişdir.