2008-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

 

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy

 

2007-ci ilin nəticələrinə, həm də 2008-ci ilin I rübünün yekunlarına əsasən makroiqtisadi göstəricilər üzrə ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini və makroiqtisadi sabitliyin qorunduğunu, bu göstəricilər üzrə faktiki nəticələrin respublika üzrə müəyyənləşdirilmiş bütün makroiqtisadi proqnoz göstəricilərini kifayət qədər üstələdiyini, o cümlədən dövlət büdcəsinin gəlirlərinin proqnoza qarşı 111,0% səviyyəsində icra olunduğunu nəzərə alsaq, 2008-ci ilin dövlət büdcəsinin ilkin proqnoz parametrlərinin dürüstləşdirilməsi zərurəti yaranır.

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin proqnozunun 10484000,0 min manat həcmində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Dürüstləşdiriləcək təyinatın həcmi 2008-ci il üçün təsdiq olunmuş ilkin proqnozla müqayisədə 41,8% və ya 3091500,0 min manat artırılmışdır. Artımın 3038504,6 min manatı (98,3%) mərkəzləşdirilmiş, 52995,4 min manatı (1,7%) isə yerli gəlirlərin hesabına aid edilmişdir.

 

Qanun layihəsinə əsasən  dövlət büdcəsinin xərcləri proqnozunun 11060,6 mln. manat müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 2541,7 mln. manat və ya 29,8% çoxdur. 

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy