Sosial təminatı və sosial müdafiə - 2019-cu il büdcəsinə dəyişikliklərlə bağlı rəy

““Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Layihədə müvafiq icra hakimiyyəti orqanının gəlirləri və xərcləri bərabər olmaqla 4128104,0 min manat məbləğində müəyyən edilmişdir. Bu, təsdiq olunmuş məbləğlə müqayisədə 200000,0 min manat və ya 5,1% çoxdur.

 

Təqdim edilmiş Layihəyə görə, məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər təsdiq olunmuş məbləğlə müqayisədə 14,5% çox olmaqla 2769371,6 min manat məbləğində nəzərdə tutulmuşdur. Bu, əsasən cari ilin iyun ayında ölkə başçısı tərəfindən minimum əmək haqqının və ayrı-ayrı sahələrdə çalışanların əmək haqqının artırılmasının məcburi dövlət sosial sığorta haqların üzrə yığımlara gözlənilən təsiri ilə izah olunur. Eyni zamanda, bu istiqamətdə gəlirlərin nəzərdə tutulmuş artım tempinin cəmi gəlirlərin müvafiq göstəricisini 9,4 faiz bəndi üstələməsi sosial sığorta sahəsində atılmış addımların müsbət gözləntilərindən xəbər verir.

 

Layihədə Fondun xərclərinin də təsdiq olunmuş ilkin göstəricidən 20000,0 min manat və ya 5,1% çox olması, həmin vəsaitin 4020444,0 min manatının və ya 97,4%-nin əhaliyə ödənişlər üzrə xərclənməsi nəzərdə tutulmuşdur.

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının  Rəyi