2019-cu il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

““Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsi gəlir və xərclərinin ümumi məbləğlərində dəyişikliklər edilməyərək ilkin təsdiq edilmiş büdcə göstəricisində olduğu kimi müvafiq olaraq 23168,0 mln. manat və 25190,0 mln. manat nəzərdə tutulmuşdur.

 

Cari ilin büdcəsində dəyişiklik yalnız dövlət büdcəsinin xərcləri üzrə funksional təsnifatın bölmələrində və icmal büdcə xərclərinin yuxarı həddinin dəyişdirilməsi üzrə nəzərdə tutulmuşdur.

 

Dövlət büdcəsinin funksional təsnifat üzrə təhlili göstərir ki, ilkin təsdiq edilmiş  dövlət büdcəsi ilə müqayisədə yenidən baxılan büdcə layihəsində 1 bölmə üzrə artım və 1 bölmə üzrə azalma nəzərdə tutulmuş, digər 12 bölmə üzrə isə heç bir dəyişiklik aparılmamışdır.

 

Layihəyə əsasən Azərbaycan Respublikasının 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 215000,0 min manat və ya 0,8% artırılaraq 27370796,1 min manat nəzərdə tutulmuşdur.

 

 ““Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi