2019-cu il dövlət büdcəsi haqqında rəy

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 “Büdcə zərfi”nə daxil olan məlumatlara əsasən 2019-cu ildə makroçərçivənin ümumiləşmiş göstəricisi olan ÜDM-in həcmi 81955,1 mln. manat proqnozlaşdırılmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6% artım deməkdir.

Asiya İnkişaf Bankının verdiyi proqnozlarda 2019-cu ilə ölkə üzrə real artım tempi 2,0% səviyyəsində ehtimal edilir.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22917,5 mln. manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2017-ci ilin icra göstəricisi ilə müqayisədə 6400,8 mln. manat və ya 38,8%, 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində proqnozlaşdırmışdır.

2019-cu il dövlət büdcəsinin xərcləri 24780,1 mln. manat məbləğində olmaqla 2017-ci ilin icra göstəricisi ilə müqayisədə 7185,6 mln. manat və ya 40,8%, 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılmışdır.  2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması proqnozlaşdırılmışdır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilmişdir ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 mln. manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 mln. manat və ya 95,9% çoxdur. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilmişdir. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3% təşkil edəcəyi nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi