İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında rəy

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

Qanun layihəsinə əsasən 2019-cu ildə Fondun gəlirləri üzrə 83451,4 min manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5588,6 min manat və ya 6,3% azdır. Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, qeyri-büdcə sektoru və sair gəlirlər üzrə proqnozlaşdırılmışdır.

2019-cu ildə Fondun xərcləri 83451,4 min manat nəzərdə tutulmuşdur. Həmin vəsait 2018-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisindən 5588,6min manatvə ya 6,3% azdır. Fondun xərcləri üzrə vəsaitlərin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünəməşğulluq tədbirlərinin təşkili, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri üzrə nəzərdə tutulmuşdur.

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi