Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə

Rəy

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2008-ci il büdcəsinin gəlirləri 1267170,5 min manat proqnozlaşdırılmışdır ki, bu da 2007-ci ilin proqnozuna nisbətən 277513,5 min manat və ya 29,0% çoxdur.

 

Gəlirlərin strukturunda məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər 915670,5 min manat, sair gəlirlər üzrə 1500,0 min manat, dövlət büdcəsindən transfert isə 350000,0 min manat olmaqla müvafiq olaraq 72.26%, 0.12% və 27.62% təşkil edir.

 

2008-ci ildə ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq minimum əmək haqqının və pensiyanın baza hissəsinin yaşayış  minimumu həddinə yaxınlaşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur ki, bu da əhalinin həyat səviyyəsinin qorunması və aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası Dövlət    Sosial Müdafiə Fondunun  2008-ci il üçün büdcəsinin xərclərinin 1267170,5 min manat məbləğində proqnozlaşdırılması bu məqsədə xidmət edir. Bu xərcin strukturunda  əhaliyə ödənişlər cəmi 1.213.476,5 min manat təşkil edir ki, bu da cəmi xərclərin 95,8 faizidir, 2007-ci ildə isə bu rəqəm 94,8 faiz təşkil etmişdir.

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Rəy