2018-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

““Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin 22110,0 mln. manat məbləğinədək artırılması nəzərdə tutulmuşdur. Bu məbləğ dövlət büdcəsi gəlirlərinin qüvvədə olan müvafiq qanunla müəyyən edilmiş proqnozu ilə müqayisədə 1983,0 mln. manat və ya 9,9% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə faiz nisbətinin dürüstləşmiş büdcə üzrə 29,6% olması gözlənilir ki, bu da təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin xərcləri isə 23061,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 2014,0 mln. manat və ya 9,6%, 2017-ci ilin icra göstəricisinə nisbətən isə 5466,5 mln. manat və ya 31,1% çoxdur.

Büdcə xərclərinin artırılması bu xərclərin ÜDM-ə nisbət göstəricini də dəyişmişdir. Belə ki, yenidən baxılmış dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmış ÜDM-ə nisbətinin 30,9% olacağı nəzərdə tutulmuşdur ki, bu da təsdiq edilmiş göstəricilərlə müqayisədə 0,6 faiz bəndi çoxdur. 

Dövlət büdcəsinin funksional təsnifatı üzrə ilkin təsdiq edilmiş dövlət büdcəsi ilə müqayisədə yenidən baxılan büdcə layihəsində 10 bölmə üzrə artım nəzərdə tutulmuş, 4 bölmə üzrə heç bir dəyişiklik aparılmamış, ən çox artım isə 1144600,0 min manat və ya 5,7 dəfə olmaqla  “İqtisadi fəaliyyət” bölməsi üzrə proqnozlaşdırılmışdır.

 ““Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının  Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi