2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

2017-ci ildə Azərbaycan iqtisadiyyatının real artım tempi, Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, 0,1% səviyyəsində olmuşdur. Hesabat ilində dünyada gedən iqtisadi proseslər, o cümlədən, neftin qiymətinin əvvəlki illə müqayisədə artımı ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdir.  2017-ci ildə makro çərçivənin ümumiləşmiş göstəricisi olan olan ÜDM 70135,1 mln. manat təşkil etmişdir.

 

2017-cı ildə dövlət büdcəsinin gəlirləri 16766,0 mln. manat proqnoza qarşı 16516,7 mln. manat və ya 98,5% icra edilmişdir ki, bu da  2016-cı illə müqayisədə isə 988995,4 min. manat və ya 5,6% azdır. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 23,5%-ə bərabər olmuşdur.

 

2017-ci ildə dövlət büdcəsinin xərcləri 17941,0 mln. manat proqnoza qarşı 17594,5 mln. manat və ya 346,5 mln. manat az və ya 98,1% icra edilmişdir ki, bu da 2016-ci illə müqayisədə 156,8 mln. manat və ya 0,9% azdır. ÜDM-ə faiz nisbəti ilə götürdükdə dövlət büdcəsi xərclərinin ÜDM-ə faiz nisbəti 25,1% təşkil etmişdir.

 

2017-ci ildə dövlət büdcəsinin kəsiri 1077794,0 min manat və ya təsdiq olunan yuxarı həddən 97206,0 min manat az olmuşdur. Təqdim olunmuş məlumatlara əsasən, 2017-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi 106462,9 min manat özəlləşdirmədən daxilolan vəsait, 971331,1 min manat digər mənbələrdən, o cümlədən 384600,6 min manat daxili və xarici borclanmadan, 586730,5 min manat 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilmişdir.

 

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi