2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Dünya Bankının 2017-ci ilin iyun ayında dərc etdiyi Qlobal İqtisadi Perspektivlər adlı nəşrində Azərbaycan üzrə cari ildə gözlənilən real artım tempinin -1,4%, 2018-ci ildə isə 0,6% təşkil edəcəyi proqnozlaşdırılmışdır. 

 

BVF-nin cari ilin oktyabr ayında dərc etdiyi “Dünya İqtisadi İcmalı”nda cari ildə ÜDM-in real artım tempinin (-1,0%), 2018-ci il üçün isə 1,3% nisbətində proqnozlaşdırılması öz əksini tapmışdır.

 

 “Büdcə zərfi”nə daxil olan məlumatlardan göründüyü kimi, qarşıdakı ildə ÜDM-in həcmi 69395,4 mln.manat olmaqla 1,5% real artım tempilə proqnozlaşdırılmışdır. Neft sektorunda yaranan əlavə dəyərin həcmi qarşıdakı ildə 1,0% azalma, qeyri-neft sektoru üzrə 2,9% real artım tempi ilə proqnozlaşdırılmışdır.

 

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 20127,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3361,0 milyon manat və ya 20,0%, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2621,2 milyon manat və ya 15,0% çoxdur. 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 29,0% təşkil edəcəyi proqnozlaşdırılmışdır.

 

2018-ci il dövlət büdcəsinin xərcləri 20905,7 milyon manat məbləğində nəzərdə tutulmuşdur. Bu, 2017-ci illə müqayisədə 2964,7 milyon manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8% çoxdur. Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də nisbətinin 30,1% təşkil edəcəyi proqnozlaşdırılmışdır.

 

 “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi