Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı Rəy

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsində Neft Fondunun gəlirləri 11560,0 mln. manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2016-cı ilin icra göstəricisindən 2149,8 mln manat və ya 22,8% çox, 2017-ci ilin proqnoz göstəricisindən 746,1 mln. manat və ya 6,9% çox, 2017-ci ilin gözlənilən icra göstəricisindən isə 574,4 mln. manat və ya 4,7% azdır.

Neft Fondunun gəlirləri mənfəət neftinin və qazın satışından daxilolmalar, akrhesabı ödənişlər, tranzit gəlirlər, bonus ödənişlər, Fondun vəsaitinin idarə olunmasından əldə olunan daxilolmalar üzrə proqnozlaşdırılmışdır.

Fərman  layihəsində Fondun xərcləri 9730,4 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 708,4 mln. manat və ya 7,8% çox, 2017-ci ilin proqnoz göstəricisindən 5512,5 mln. manat və ya 36,2% az, 2017-ci ilin gözlənilən icra göstəricisindən isə 2232,2  mln. manat və ya 18,6% azdır.

Fondun xərcləri üzrə vəsaitlərin Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, dövlət büdcəsinə transfert, “Samur Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin maliyyələşdirilməsi, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi, Dövlət Neft Fondunun idarəedilməsi ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulmuşdur.

 

 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi