2008-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə

Rəy

 

2008-ci ilə ÜDM-in real artımı əvvəlki ilin gözlənil göstəricisinə nisbətən  118,2% olmaqla 31468,9 mln. manat məbləğində proqnozlaşdırılır. Bu artım ÜDM-in  deflyatorunun 2007-ci ildəki gözlənilən 108,0%-ə qarşı 2008-ci ildə 104,7% proqnozlaşdırılması şəraitində baş verəcəkdir. 2008-ci ildə nominal ÜDM artım tempinin 2007-ci ilin gözlənilən icrasına  nisbətən 123,8% təşkil edəcəyi proqnozlaşdırılır.

 

2008-ci ildə dövlət büdcəsinin gəlirləri 7382,6 milyon manat məbləğində  proqnozlaşdırılmışdır ki, bu da həmin dövrə nəzərdə tutulan ÜDM-in  23,4%-ni  təşkil edir. 2007-ci ilin proqnozlaşdırılan gəlirləri ilə müqayisədə (proqnoz həmin ildə gözlənilən məbləğlə eynidir) dövlət büdcəsinin gəlirləri  1611,7 milyon manat və ya 27,9 % çox  proqnozlaşdırılmışdır. 

 

2008-ci ildə büdcə xərclərinin 8509,0 mln. manat həcmində və ya ÜDM-in proqnozlaşdırılan həcminə nisbətən 27,0% səviyyəsində proqnozlaşdırılır. Qarşıdakı ildə büdcə xərclərinin artım səviyyəsi 36,9% olmaqla ÜDM-in artım səviyyəsini üstələyəcəyi gözlənilir. 

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Rəy