İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

"İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

 

Qanun layihəsində Fondun gəlirləri 89040,0 min manat məbləğində nəzərdə tutulmuşdur. Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, digər sığortaedənlər üzrə işsizlikdən sığorta haqları və sair gəlirlər üzrə proqnozlaşdırılmışdır.

2018-ci ildə Fondun xərcləri 89040,0 min manat məbləğində nəzərdə tutulmuşdur.

Fondun xərcləri üzrə vəsaitlərin işsizliyə görə sığorta ödənişlərinin, peşə hazırlığı və əlavə təhsilin təşkilinin, peşə yönümlü məsləhət xidmətlərinin göstərilməsinin, əmək yarmarkalarının, əmək birjalarının təşkilinin, haqqı ödənilən ictimai işlərin təşkilinin, özünəməşğulluq tədbirlərinin təşkilinin, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə, eləcə də məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə yönəldilməsi nəzərdə tutulmuşdur.

 

"İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi