Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

“Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

Qanun layihəsinə əsasən Fondun gəlirləri 3578,76 mln. manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur

2018-ci ildə Fondun xərclərinin gəlirləri qədər və ya 3578,76 mln. manat olacağı nəzərdə tutulmuşdur ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.