2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

2016-cı ildə Azərbaycan iqtisadiyyatında makroiqtisadi stabilliyin təmin edilməsi üçün fiskal və monetar siyasətin qarşılıqlı şəkildə əlaqələndirilməsi, fiskal konsolidasiya tədbirlərinin davam etməsi, fiskal intizamın təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, ölkədə dövlət (ictimai) maliyyə sistemində institusional bazanın (Orta Müddətli Xərclər Çərçivəsi, nəticə əsaslı büdcə və s.) təkmilləşdirilməsi ilə bağlı müvafiq addımların atılması (16 mart və 6 dekabr 2016-ci il tarixli “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tapşırıqlar), dövlət borcunun idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə 28 dekabr 2016-cı il tarixdə “ təsdiq edilməsi, ölkəmizin beynəlxalq çağırışlara cavab verməsi istiqamətində beynəlxalq müstəvidə BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli Qətnaməsi ilə təsbit edilmiş “Dünyamızın dəyişdirilməsi: Dayanıqlı inkişaf üzrə gündəlik-2030”-un icrası ilə əlaqədar “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası”nın yaradılması ilə sosial-iqtisadi problemlərin həllində yeni institusional bazanın formalaşdırılması kimi meyllər müşahidə edilmişdir.

 

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16822,0 mln. manat proqnoza qarşı 17505,7 mln. manat və ya 104,1%  icra edilmişdir. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri  ən yüksək göstəricidir. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 29,0%-ə bərabər olmuşdur. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7714,8 min manat çox olmuşdur.

 

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18495,0 mln. manat proqnoza qarşı 17751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilmişdir ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə faiz nisbəti ilə götürdükdə dövlət büdcəsi xərclərinin ÜDM-ə faiz nisbəti 29,4% təşkil etmişdir.

 

2016-cı ildə dövlət büdcəsinin kəsiri 245604,1 min manat təşkil etmişdir. Təqdim olunmuş hesabat və məlumatlarda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31231,6 min manat, xarici qrantlar 12325,5 min manat təşkil etmiş, daxili və xarici borclanmadan daxilolmalar isə 186818,5 min manat göstərilmişdir.

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi