Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

Qanun layihəsində Fondun gəlirlərinin 3400000,0 min manat olacağı nəzərdə tutulmuşdur . Fondun növbəti ilə proqnozlaşdırılmış gəlirləri 2015-ci ilin müvafiq icra göstəricisindən 485344,5 min manat və ya 16,7%, 2016-cı ilin müvafiq proqnoz göstəricisindən 92640,0 min manat və ya 2,8%, gözlənilən icra göstəricisindən isə 270000,0 min manat və ya 8,6% çoxdur.

2017-ci ildə Fondun xərclərinin 3400000,00 min manat olacağı nəzərdə tutulmuşdur. Həmin vəsait 2015-ci ilin müvafiq icra göstəricisindən 463336,71 manat və ya 15,8%, 2016-cı ilin müvafiq proqnoz göstəricisindən 92640,00 min manat və ya 2,8%, 2016-cı ilin gözlənilən icra göstəricisindən isə 247691,00 min manat və ya 7,9% çoxdur