2007-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy

 

Hesabat ilində əvvəlki illərdə olduğu kimi bir sıra makroiqtisadi göstəricilərin artım dinamikasına görə respublika dünya ölkələri arasında öncül sıralarda olmuşdur. Belə ki, ölkədə həyata keçirilən çoxşaxəli və əsaslandırılmış iqtisadi islahatlar nəticəsində son 4 ildə ümumi daxili məhsulun həcmi 2 dəfədən çox artmış, digər göstəricilər üzrə əhəmiyyətli irəliləyişə nail olunmuşdur.

 

İqtisadiyyatın inkişafını xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul (ÜDM) istehsalı 2007-ci ildə 25228,1 mln. manat təşkil etmişdir ki, bu da 2006-cı ilə nisbətən müqayisəli qiymətlərlə 4678,2 mln. manat və ya 25,0% artım deməkdir.

 

Hesabat ilində dövlət büdcəsinin gəlirləri 5770,9 mln. manat proqnoza qarşı 6006,6 mln. manat və ya 104,1% icra olunmuşdur ki, bu da 2006-cı illə müqayisədə 2137,8 mln. manat və ya 55,3% çoxdur. 2007-ci il dövlət büdcəsinin xərcləri  6314,9 mln. manat proqnoza qarşı  6086,2 mln. manat və ya 96,4% icra edilsə də, bu göstərici 2006-cı illə müqayisədə 2296,1 mln. manat və ya 60,6%  çoxdur. 2006-cı ilə nisbətən 2007-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 3,2% artaraq 23,8%, xərcləri isə 3,9%  artaraq 24,1% təşkil etmişdir.

 

“Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy