Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinə dəyişikliklərlə bağlı Rəy

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Dünya iqtisadiyyatında müşahidə edilən qeyri-müəyyənlik dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Belə şəraitdə ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi ilə yanaşı, vətəndaşların sosial müdafiə tədbirlərinin gücləndirilməsi ölkə rəhbərliyi tərəfindən hökumətin qarşısına mühüm bir vəzifə kimi qoyulmuşdur.

 

Bütün bunlar, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün büdcəsinə yenidən baxılmasını, onun gəlirlərinin və xərclərinin əmək haqlarının və əmək pensiyalarının artım səviyyəsinə uyğunlaşdırılmasını şərtləndirmişdir. Bunun nəticəsidir ki, DSMF-nin 2016-cı il üçün büdcəsinin dəqiqləşdirilmiş layihəsində həm gəlirlər və həm də əhaliyə ödənişlər üzrə hiss edilən artım nəzərdə tutulmuş, DSMF-nin büdcəsi vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və maddi rifah halının yüksəldilməsi məqsədlərinə uyğunlaşdırılmışdır.

 

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 2016-cı ildə hər il olduğu kimi gəlirləri və xərcləri bərabər olmaqla, 3307,4 mln. manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 228,8 mln. manat və ya 7,4% artım deməkdir.

 

 “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi