Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə  Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Fondun 2015-ci il büdcəsinin layihəsinə əsasən 2015-ci ildə Fondun gəlirləri 3056285,7 min manat və ya 2013-cü ilin müvafiq icra göstəricisindən 384918,8 min manat və ya 14,4%, cari ilin proqnoz göstəricisindən isə 127833,7 min manat və ya 4,4% çox proqnozlaşdırılmışdır. Fondun xərclərinin əsas hissəsinin əhaliyə sosial ödənişlərdən ibarət olduğunu nəzərə alsaq, ÜDM-in artımına nisbətən Fondun gəlirlərinin belə artım tendensiyası bilavasitə dövlətimizin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və onların maddi rifah halının yüksəldilməsinə diqqətinin bariz nümunəsidir. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqlarından daxilolmalardan, sair gəlirlərdən və dövlət büdcəsindən ayırmalardan (transfertlər) ibarət olacaqdır.

 

2015-ci il üçün Fondun gəlirləri 3056285,7 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2013-cü ilin icra göstəricisindən 466554,3 min manat və ya 18,0%, 2014-cü ilin proqnoz göstəricisindən isə 127833,7 min manat və ya 4,4% çoxdur. 2015-ci ildə də Fondun xərclərinin əsas hissəsini, yəni 2989179,6 min manatını və ya 97,8%-ini əhaliyə ödənişlər təşkil edəcəkdir.

 

“Azərbaycan Respublikasının  Dövlət Sosial Müdafiə  Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi