Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

 

“Büdcə zərfi”nə daxil olan məlumatların təhlili 2014-cü ildə Fondun gəlirlərinin 2928452,0 min manat təşkil edəcəyini göstərir ki, bu da 2012-ci və 2013-cü ilin müvafiq göstəricilərindən 412923,9 min manat (və ya 16,4%) və 295757,0 min manat (və ya 11,2%) çoxdur. Fondun gəlirlərinin Ümumi Daxili Məhsulun (ÜDM) həcminə nisbəti 5,0% təşkil edəcəkdir ki, bu da 2013-cü ilin müvafiq göstəricindən bir qədər çoxdur. Fondun gəlirlərində ən böyük xüsusi çəki məcburi dövlət sosial sığorta haqlarına aiddir və həmin dövrdə bu göstərici artma meylinə malikdir. 2014-cü il üçün bu mənbədən Fondun gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi əvvəlki illə müqayisədə 1,9 faiz bəndi çox olmaqla 60,8% təşkil edəcəkdir. Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin Fondun ümumi  gəlirlərində payının artması sığorta prinsiplərinin tətbiqi baxımından müsbət hal kimi qiymətləndirilməlidir.

 

2014-cü ildə Fondun xərclərinin gəlirlərinə bərabər olaraq  2928452,0 min manat təşkil edəcəyi proqnozlaşdırılmışdır. Bu, 2012-ci və 2013-cü illərin müvafiq göstəriciləri ilə müqayisədə  385311,0 min manat (və ya 15,2%) və 295757,0 min manat (və ya 11,2%) çoxdur. 2014-cü ildə də Fondun xərclərinin böyük hissəsi əhaliyə ödənişlərin maliyyələşdirilməsi məqsədilə proqnozlaşdırılmışdır. Bu məqsədlə gələn il 2861795,0 min manat vəsait istifadə ediləcəkdir ki, bu da Fondun ümumi xərclərinin 97,7%-ni təşkil edəcəkdir.

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi