2014-cü il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Azərbaycan Respublikasının 2013-cü ilin sonuna ÜDM istehsalında gözlənilən 4,5%, 2014-cü ildə 5,2% səviyyəsində nəzərdə tutulur. ÜDM istehsalının mütləq əksəriyyətinin özəl bölmənin payına düşməsi və ortamüddətli perspektivdə bu payın 81,8%-83,2% həddində qərarlaşması ölkəmizin inkişaf etmiş ölkələr qrupuna daxil olması üçün möhkəm təmələ malik olduğunu göstərir.

 

2013-cü ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə dövlət büdcəsinin gəlirləri 775,0 mln. manat və ya 4,0% az olmaqla 18384,0 mln. manat, xərcləri isə 213,0 mln. manat və ya 1,1% artırılmaqla 20063,0 mln. manat səviyyəsində nəzərdə tutulmuşdur. Dövlət büdcəsi xərclərinin ilk dəfə olaraq  25,0 mlrd. ABŞ dollarından çox nəzərdə tutulması, fiskal siyasətin ümumi iqtisadiyyata aktiv dəstəyi kimi qəbul edilə bilər. Büdcənin gəlir potensialına uyğun olaraq xərcinin artırılması, fikrimizcə, ilk növbədə dövlətin sosial öhdəliklərinin dolğun yerinə yetirilməsi, həmçinin büdcə sektorunun zəruri həcmdə maliyyə vəsaiti ilə təmin olunması kimi prioritet vəzifələrlə bağlıdır.

 

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi