Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

 

2013-cü il üçün də Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 178395,0 min manat və ya 7,3% çox olmaqla 2632695,0 min manat səviyyəsində nəzərdə tutulmuşdur. 2011-ci ilin icra göstəricisi ilə müqayisədə bu, 21,9% çoxdur. Fondun gəlirlərinin formalaşmasında əhəmiyyətli paya malik olan məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər 2013-cü ildə 1550161,4  min manat səviyyəsində proqnozlaşdırılmışdır. Bu, 2011-ci ilin icra və 2012-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 26,1% və 10,1% çoxdur.

 

2013-cü il üçün Fondun xərcləri 2632695,0 min manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2012-ci illə müqayisədə 178395,0 min manat və ya 7,3% çoxdur. Əhaliyə ödənişlər Fondun xərclərinin əsas hissəsini - 97,6%-ni təşkil edəcək  və 2013-cü ildə 2570271,0 min manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2011-2012-ci illərin müvafiq göstəriciləri ilə müqayisədə 503572,1 min manat (24,4%) və 176551,0 min manat (7,4%) çoxdur.

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi