2012-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

 

2012-ci il üzrə 16438000,0 min manat məbləğində müəyyən edilmiş dövlət büdcəsinin gəlirlərinin artırılması əsasən dünya bazarlarında xam neftin qiymətinin dövlət büdcəsinin tərtibi zamanı istifadə olunmuş orta illik göstəricini üstələməsi, ölkə üzrə qeyri-neft ÜDM-in həcminin 2012-ci ilin ilk aylarından müşahidə olunan dayanıqlı artımı, habelə cari hesabat dövrləri ərzində vergi gəlirlərinin təsdiq edilmiş proqnoz göstəricilərinə nisbətən dövlət büdcəsinə daxilolma səviyyəsinin yüksək olması kimi hallarla əlaqələndirilə bilər ki, bu da həmin gəlir mənbələri üzrə proqnoz göstəricilərin dürüstləşdirilməsi zərurətini yaradır. “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin, ümumilikdə, 600000,0 min manat və ya 3,7% artırılaraq 17038000,0 min manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur ki, bu da 2011-ci ilin icrası ilə müqayisədə 1337297,8 min manat və ya 8,5% çoxdur.

 

Qanun layihəsinə əsasən dövlət büdcəsinin xərcləri 17672,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 600,0 mln. manat və ya 3,5%, 2011-ci ilin faktiki icra göstəricisinə nisbətən isə 2274,5 mln. manat və ya 14,8% çoxdur.

 

 İlin sonuna gözlənilən ÜDM-in tərkibində dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 37,9%-ə çatmaqla, 2011-ci ilin faktiki icra göstəricisinə nisbətən 7,1 faiz bəndi artacaqdır.

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi