Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün gəlirləri 2454300,0 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 288760,0 min manat və ya 13,3% çoxdur. 2009-2012-ci illərin müvafiq göstəricilərinin müqayisəsi Fondun gəlirlərinin artım tempinin 2011-ci ildə daha nəzərəçarpan olduğunu qeyd etmək imkanı verir. Fondun ümumi gəlirlərinin 2012-ci il üçün nəzərdə tutulan 288760,0 min manat artımının 45,2%-i məcburi dövlət sosial sığorta haqlarından gəlirlərin, 54,8%-i isə dövlət büdcəsindən transfertin payına düşür.

 

Fondun 2012-ci il üçün xərcləri 2454300,0 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13,3% çoxdur. Qanun layihəsində Fondun xərclərinin 97,5%-i əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2012-ci il üçün Fondun xərclərində nəzərdə tutulan artımın 97,6%-nin  məhz bu istiqamət üzrə artıma yönəldilməsi təklif edilmişdir. Əhaliyə ödənişlərin əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə yönəldiyi nəzərə alınaraq, Fondun xərclərin əksər hissəsinin bu istiqamətə xərclənməsini funksional fəaliyyətin təmin edilməsi baxımından müsbət qiymətləndirilə bilər.

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi