Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə dəyişikliklərlə bağlı Rəy

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan  Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

Nəzərdə tutulmuş dəyişikliklərlə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (Fond) gəlirləri 195000,0 min manat artırılaraq 2165540,0 min manata çatdırılmışdır. Bu artım ilkin müəyyən edilmiş məbləğin 9,9%-ni təşkil edir. Qeyd edək ki, Fondun gəlirlərində nəzərdə tutulan artım məbləği tam olaraq dövlət büdcəsindən ayırmaların məbləğinin artırılması ilə izah olunur. Belə ki, təqdim olunmuş Qanun layihəsinə dövlət büdcəsindən Fonda ayırmaların məbləğinin 691000,0 min manatla müqayisədə 886000,0 min manata çatdırılması nəzərdə tutulur.

Nəzərdə tutulmuş dəyişiklik nəticəsində Fondun ümumi xərclərinin 2165540,0 min manata çatdırılması nəzərdə tutulur. Bu isə, ilkin müəyyən edilmiş məbləğlə müqayisədə 195000,0 min manat və ya 9,9% artım deməkdir.

Fondun xərclərində əhaliyə ödənişlərin məbləği 10,2% artırılaraq 2111980,0 min manata çatdırılacaqdır. Qeyd edək ki, bu artım əmək pensiyaların ödənilməsinə yönəldiləcəkdir.