2010-cu il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi

 

Ümumi iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ÜDM istehsalı hesabat ilində 2010-cu ilin “Büdcə zərfi”nə daxil olan “Azərbaycan Respublikasının 2010-2013-cü illər il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə nəzərdə tutulmuş 31825,5 mln. manat proqnoza qarşı 41574,7 mln. manat və ya 130,6% icra olunmuşdur. 2010-cu ilin iqtisadi və sosial inkişaf konsepsiyasında nəzərdə tutulmuş ÜDM-in artımının 6,8% həcmində proqnozu ilə müqayisədə faktiki artımın səviyyəsi 5,0% təşkil etmişdir.

 

Hesabat ilində dövlət büdcəsinin gəlirləri 11505,0 mln. manat proqnoza qarşı 11403,0 mln. manat və ya 99,1% icra olunmuşdur ki, bu da 2009-cu illə müqayisədə 1077,1 mln. manat və ya 10,4% çoxdur. Daxilolma səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri 2010-cu ildə əvvəlki illə müqayisədə 1262,0 mln. manat və ya 12,0% çox icra edilmiş, başqa sözlə 12275,0 mln. manat proqnoza qarşı icra 11765,9 mln. manat və ya 95,9% təşkil etmişdir. 2010-cu ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 27,4%, xərcləri isə 28,3% olmuşdur. Dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-də xüsusi çəkilərinin yüksək səviyyədə saxlanılması iqtisadiyyatın tənzimlənməsi proseslərinə dövlətin müdaxilə imkanlarının artırılması barədə beynəlxalq maliyyə institutlarının çağırışlarına uyğundur və yenidən bölgü funksiyasının gücləndirilməsi beynəlxalq təcrübədə antiböhran tədbirlərinin tərkib elementlərindən biri kimi qəbul edilməkdədir.

 

“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi