Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) gəlirləri  2011-ci il üçün 1970540,0 min manat nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ilin müvafiq göstəricisindən 213323,8 min manat və ya 12,1% çoxdur. Fondun gəlirlərinin strukturunun təhlili məcburi dövlət sosial sığorta haqlarının baxılan dövr ərzində ən böyük xüsusi çəkiyə malik olduğunu göstərir. 2011-ci il üçün proqnoz məlumatlarına əsasən məcburi dövlət sosial sığorta haqları ümumi gəlirlərin 64,8%-ni, dövlət büdcəsindən transfert isə 35,1%-ni təşkil edir.

 

2011-ci ildə Fondun xərcləri gəlirlərinə bərabər olaraq 1970540,0 min manat və ya 2010-cu ilin proqnoz göstəricisi ilə müqayisədə 213323,8 min manat və ya 12,1% çox proqnozlaşdırılır. Fondun xərclərinin əsas hissəsinin – 1917680,0 min manatının və ya 97,3%-nin əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulur. Bu, 2010-cu ilin proqnoz göstəricisi ilə müqayisədə 229410,0 min manat və ya 13,6% çoxdur. Xərclərin böyük hissəsinin məhz əhaliyə ödənişlərin təşkil etməsi funksional baxımdan təqdirəlayiq hesab olunur.

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy